callman
API, UI, DB və messaging testlərini bir platformada birləşdirir. HTTP/GraphQL sorğusundan tutmuş brauzer və mobil UI avtomatlaşdırmasına, yük testinə və real cihaz farmına qədər — hamısı eyni ssenari dili, eyni hesabat, eyni CI/CD qoşulması ilə.
API testi
REST, GraphQL, SOAP, gRPC — kolleksiya, mühit dəyişənləri, zəncirvari sorğular və assertion-lar.
UI avtomatlaşdırması
Web brauzer və mobil ekran üzrə selector-la addım qeydiyyatı — kod yazmadan da işləyir.
AI ilə regression test
Kod dəyişikliyinə baxıb hansı ssenarilərin yenidən qaçırılmalı olduğunu model özü seçir.
AI ilə contract testi
OpenAPI/Swagger sxemindən contract testləri avtomatik yaranır; breaking change üzə çıxır.
AI ilə test icrası
Ssenarini təbii dildə yaz — model onu icra oluna bilən addımlara çevirir və nəticəni izah edir.
Real cihaz test farm
Android, iOS, desktop və web — eyni ssenari bütün platformalarda paralel qaçır.
Verilənlər və messaging
SQL sorğuları, Kafka topic-ləri və Redis açarları test addımının içindən yoxlanılır.
Yük və performans testi
Eyni kolleksiyanı yük ssenarisinə çevir, cavab vaxtı qrafiki ilə.
Mock server
Backend hazır olmadan frontend komandası işə başlayır.
Test case idarəetməsi
Test planı, qaçış tarixçəsi və hesabatlar ayrıca alət tələb etmir.
CI/CD inteqrasiyası
Pipeline-dan çağır, nəticəni gate kimi istifadə et.