Datası kənara çıxa bilməyən qurumlar üçün on-prem ekosistem. Bank, dövlət qurumu və telekom üçün dörd məhsul bütün inkişaf prosesini əhatə edir. Təkcə AI yox, məhsulların özü də on-prem işləyir — üstəlik əvəz etdikləri qlobal alətlərdən daha çox funksiya verir, onların çatışmazlıqları isə aradan qaldırılıb.
Dörd məhsulun hamısının arxasında bir on-prem model dayanır. Copilot və ChatGPT sizin mühitdə onsuz da qadağandır — bizim model isə elə sizin serverinizdə kodu review edir, DORA metriklərini hesablayır, təhlükəsizlik boşluqlarını tapır, task və bug açır.
Üç sahənin ortaq problemi eynidir: qanunvericilik məlumatın qurumdan kənara çıxmasına icazə vermir. Biz məhsullarımızı bu qaydanı pozmadan, məhz onun üstündə qurmuşuq.
Test, tapşırıq idarəetməsi, yazışma və AI modeli bankın öz serverində işləyir — hamısı audit oluna bilir, xarici SaaS-a heç nə ötürülmür.
Tam on-prem quraşdırma, hətta internetə çıxışı olmayan (air-gapped) mühitlərdə — audit və nəzarət bütünlüklə qurumun öz əlində.
Öz infrastrukturunu özü idarə edən komandalar üçün böyüyən on-prem alətlər — data sizin data mərkəzinizdən çıxmır.
Bunlar daxili hesablamalarımızdır — pilot zamanı sizin öz göstəricilərinizlə yoxlanılır. Marketinq şüarı deyil, öhdəlikdir.
AI kod dəyişikliyinin hansı ssenarilərə toxunduğunu özü müəyyən edir — bütün test dəstini təzədən işə salmağa ehtiyac qalmır.
Postman, BrowserStack, TestRail, JMeter və s. üçün 24 ayrı lisenziya əvəzinə bir platforma.
AI merge request-ləri özü review edir, təhlükəsizlik boşluqlarını göstərir, task və bug-ları avtomatik açır.
Jira, Trello, Asana və Confluence board-ları bir platformada birləşir.
Test datası, API açarları, promptlar və kod bazası heç bir kənar servisə göndərilmir.
Bir komanda, iki-üç məhsul; nəyin uğur sayılacağını işə başlamazdan əvvəl birlikdə razılaşdırırıq.
Planlamadan istismara qədər hər mərhələni bir məhsul örtür — mərkəzdə isə hamısını birləşdirən on-prem AI modeli dayanır.
14 bank və dövlət qurumu komandası ilə apardığımız araşdırma — bulud AI pilotlarını dayandıran üç əsas maneə.
Oxu →Model öz serverinizdə işləyəndə sürət və gecikmənin real mənzərəsi.
Oxu →Alət çoxluğu həm xərcdir, həm də təhlükəsizlik riski. Hamısını bir ekosistemdə birləşdirmək nəyi həll edir.
Oxu →Müştəri komandaları ilə işlədiyimiz dördhəftəlik köçürmə planı — və lazım olarsa, geri dönüş yolu.
Oxu →Kafka və Redis yoxlamaları artıq HTTP və verilənlər bazası addımları ilə eyni test ssenarisində işləyir.
Oxu →Epic-lər arasındakı asılılıqlar bir zaman xəttində görünür və rəhbərliyə hesabat üçün ixrac olunur.
Oxu →MeikSense-i təsisçilər öz əlləri ilə qurur — arxitekturadan hər müştəri pilotuna qədər.
MeikSense ABB Innovation-ın dəstəyi ilə güclənir və inkişaf edir.
Əvvəlcə komandanız üçün canlı demo, sonra dəqiq əhatəli on-prem pilot — adətən bir komanda və iki-üç məhsulla başlayırıq.